ABŞ-da zəifləyən inflyasiya və Dolların ucuzlaşması

11 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında dollara olan tələbin azalması investorların diqqət mərkəzindədir və 1%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

ABŞ-da zəifləyən inflyasiya və Dolların ucuzlaşması

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ABŞ-dan inflyasiya ilə bağlı önəmli fundamental göstəricilərin açıqlanmasından sonra ucuzlaşıb.


ABŞ-da inflyasiya bahalaşan neft qiymətləri ilə yüksəlsə də baza indeksi 2.0% ilə son bir ilin minimum səviyyəsinə düşüb. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın artması da investorların diqqət mərkəzindədir. Belə ki, Çin, Rusiya və Türkiyədə inflyasiya yenidən artmağa başlayıb və bu, dünya iqtisadiyyatında risklərin də artmasına işarədir.


Təhlillərə əsasən, dolların orta qiyməti 0.7%-ə kimi də ucuzlaşa bilər.