ABŞ-da inflyasiyada artım ehtimalları

10 Aprel 2019

Dünya birjalarında bu gün investorların diqqət mərkəzində olan önəmli göstəricilər arasında Amerikanın inflyasiyasına dair göstəricilər də yer alır.

ABŞ-da inflyasiyada artım ehtimalları

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da infilyasiya səviyyəsi ilə bağlı statistik rəqəmlərin açıqlanması gözlənilir. 


Qeyd edək ki, mart ayında ABŞ-da istehlak qiymətləri indeksinin aylıq müqayisədə 0.2% - dən 0.3%-ə dək, illik müqayisədə isə 1.5%-dən 1.8%-dək artması proqnozlaşdırılır. 


İstehlak qiymətlərinin baza indeksinin isə aylq müqayisədə 0.1%-dən 0.2%-dək artması, illik müqaisədə isə dəyişməyəcəyi ehtimal edilir.


İnflyasiyada artımlar qeydə alınarsa, bu, dolların maliyyə bazarlarında bahalaşmasına təkan verə bilər.