ABŞ-da inflyasiyanın artacağı proqnozlaşdırılır

22 Fevral 2018

FED-in yeni üzvünün fikirlərinə əsasən, sonuncu fundamental göstəricilər inflyasiyanın cari il ərzində yenidən artacağınə göstərir.

ABŞ-da inflyasiyanın artacağı proqnozlaşdırılır

Amerika Mərkəzi Bankının (FED) üzvü Randal Kuarls ABŞ-da inflyasiyanın yenidən artacağını gözləyir. Cümə axşamı Tokyoda çıxışı zamanı, o, cari zəif inflyasiyanın il ərzində yenidən güclənəcəyini bildirib. Sonuncu açıqlanan fundamental göstəricilər inflyasiyanın FED-in iki faizlik hədəfinə çatacağını göstərir. 

Amerikada yanvar ayında inflyasiya 2.1%, baza indeksi isə 1.8% olub. FED-in xüsusilə istinad etdiyi şəxsi istehlak xərcləri indeksi dekabr ayında 1.7% olmuşdur. Kuarls özü də çıxışı zamanı sonuncu göstəriciyə istinad edib. Orta saatlıq əmək haqları da yanvar ayında gözləntilərdən çox artıb. 

Eyni zamanda, FED-in monetar siyasətini müəyyən komitənin (ingt.: "FOMC") səs hüququ olan üzvü ABŞ-da real faizlərin də artığını əlavə edib. 

Qeyd etmək lazımdır ki, Randal Kuarlsin keçən ilin payızında Trampın təklifi ilə "FOMC"-yə üzvlüyü təsdiqlənib.