09.07.2019 ABŞ-da inflyasiyanın azalması ehtimalları

09.07.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

09.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks bazarlarında dolların ucuzlaşması və EUR/USD. 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələrinin təzyiq altında olduğunun şahidi oluruq. Buna səbəb Amerikada inflyasiyanın 1.6%-ə düşməsi ehtimallarıdır. Bu, FED-in faiz azaldılması ehtimallarını da artırır. 

Nəticədə EUR/USD məzənnəsi 1.12$-da dəstək görür və bu səviyyənin üzərində qaldıqca, 1.13$-a kimi bahalaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ-dan əmək bazarı ilə bağlı da önəmli statistik göstəricilərin açıqlanması gözlənilir. 


Lirədə ucuzlaşma. 

Türkiyədə mərkəzi bank sədrinin vəzifəsindən uzaqlaşdırılması xəbərlərindən sonra USD/TRY məzənnəsi 5.78TL-yə kimi bahalaşmışdır. Bundan sonra yenidən ucuzlaşan məzənnə 5.62TL-yə kimi geri qayıda bilər və bu iki qiymət aralığında ticarət olunması proqnozlaşdırılır. 


Neftin 67$-a kimi bahalaşması proqnozları gündəmdə. 

Enerji birjalarında isə Avropanın Brent neftinin bir barel qiyməti 64$ ətrafında təklif edilir və 64$-ın üzərində ticarət edilərsə, 67$-a kimi də dəyər qazana bilər.