ABŞ-da inflyasiyanın baza indeksi 1.8%-ə yüksəldi

12 Yanvar 2018

ABŞ-da inflyasiya zəifləsə də, baza indeksində artım dinamikası yüksəlib.

ABŞ-da inflyasiyanın baza indeksi 1.8%-ə yüksəldi

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi dekabr ayında illik müqayisədə 2.1% artıb. Bu göstərici noyabr ayının göstəricisindən zəif də olsa, Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərindədir. Analitiklər də illik inflyasiyanın 2.1%-ə kimi azalacağını proqnozlaşdırırdılar. İnflyasiyanın illik artım dinamikasının 2.2%-dən 2.0%-ə kimi azalmasına səbəb, istehlak qiymətlərinin aylıq artım dinamikasının da 0.4%-dən 0.1%-ə kimi azalmasıdır. 

Enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində isə illik artım dinamikası 1.7%-dən 1.8%-ə yüksəlib.  İllik baza indeksində artım səviyyəsi son 8 ayın maksimumundan aşağı olmasına baxmayaraq, dinamikanın daha da arta biləcəyinə işarədir. Beləliklə, baza indeksində artım da hələlik maliyyə bazarları tərəfindən ciddi qiymətləndirilməyə bilər. Lakin sonrakı aylarda baza indeksində artım davam edərsə, xüsusilə də, 2017-ci ilin aprel ayının 1.9%-ni keçərsə, bu, maliyyə bazarlarında daha ciddi qəbul edilə bilər. 

Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti güclü olmasa da qismən - 0.2% bahalaşıb. 

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında dayanıqlı qiymət inkişafının ölçülməsi üçün baza indeksi də önəmli rol oynayır. Belə ki, aylıq istehlak qiymətlərinin baza indeksinin hesablanmasında, volatil neft və ərzaq məhsullarının qiymətləri nəzərə alınmır.