ABŞ-da inflyasiyanın baza indeksi 2.0%-i keçdi

11 Aprel 2018

ABŞ iqtisadiyyatında inflyasiyanın FED-in hədəfləri üzərində inkişaf edir və bu dolların aparıcı valyutalara nisbətdə daha da ucuzlaşmasına təsir edə bilər.

ABŞ-da inflyasiyanın baza indeksi 2.0%-i keçdi

Amerikanın statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi mart ayında illik müqayisədə 2.4% artıb. Bu son bir ilin maksimum səviyyəsi hesab edilir və göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində artmaqda davam etdiyinin şahidi oluruq. Analitiklər də illik inflyasiyanın 2.4%-ə kimi yüksələcəyini proqnozlaşdırırdılar. Lakin istehlak qiymətləri aylıq müqayisədə 0.1% azalıb. 


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində də illik artım dinamikası 2.1%-ə yüksəlib. Burada da müsbət tendensiya özünü qorumaqdadır və analitiklər də artım dinamikasının 1.8%-dən 2.1%-ə artacağını proqnozlaşdırırdılar. 


Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, ABŞ-da artan inflyasiya fonunda Amerika Mərkəzi Bankının (FED) mülayim pul-kredit siyasəti dolların daha da ucuzlaşmasına təsir edir.