ABŞ-da inflyasiyanın baza indeksi zəifləyib

13 Oktyabr 2017

Amerikada inflyasiya artsa da, baza indeksində artım sürəti zəifləyib.

ABŞ-da inflyasiyanın baza indeksi zəifləyib

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi sentyabr ayında illik müqayisədə 2.2% artıb. Bu göstərici Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfindən yüksəkdir. Analitiklər isə illik inflyasiyanın 2.3%-ə kimi artacağını proqnozlaşdırırdılar. 

İnflyasiyanın gözləntilərdən zəif artmasına səbəb istehlak qiymətlərinin baza indeksinin aylıq artım dinamikasının 0.2%-dən 0.1%-ə kimi azalması olub. 

Qeyd etmək lazımdır ki, Avropanın Brent neftinin bir barel qiyməti sentyabr ayında 59$-a kimi 19% bahalaşmışdır. Bu isə ABŞ-da inflyasiyanın gözləntilərdən az da olsa, artmasına səbəb olub. Lakin ölkə iqtisadiyyatında dayanıqlı qiymət inkişafının ölçülməsi üçün baza indeksi də önəmli rol oynayır. Belə ki, aylıq istehlak qiymətlərinin baza indeksinin hesablanmasında neft və ərzaq məhsulları nəzərə alınmır.

Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən qiymətləri sürətlə ucuzlaşmağa başlayıb.