ABŞ-da iqtisadi artım 3-cü rübdə 3.2% olub

21 Dekabr 2017

ABŞ-da üçüncü rübdə 3.2% daha çox mal və xidmət istehsal olunub.

ABŞ-da iqtisadi artım 3-cü rübdə 3.2% olub

Amerikanın milli statistika mərkəzinin cümə axşamı günü verdiyi məlumatlara əsasən, ölkədə iyul-sentyabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin 2-ci rübü ilə müqayisədə 3.2% artıb. Analitiklər isə artımın yalnız 3.3% olacağını gözləyirdilər. 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2% və ikinci rübdə 3.1% olub. 

Dolların aparıcı valyutalara nisbətən orta qiyməti çərşənbə günü Amerika sessiyasında bahalaşmağa başlayıb. Bahalaşmağa səbəb ABŞ-da yeni vergi qanununun qəbul edilməsidir. 

Qeyd etmək lazımdır ki, bu gün açıqlanan rüblük inkişaf göstəricisi yekun hesablanma idi və 2017-ci ilin 4-cü rübü ilə bağlı yekun məlumatların isə 2018-ci ilin mart ayında yayımlanması gözlənilir.