ABŞ-da iqtisadi artım daha da güclənib

29 Noyabr 2017

ABŞ-da üçüncü rübdə 3.3% daha çox mal və xidmət istehsal olunub.

ABŞ-da iqtisadi artım daha da güclənib

Amerikanın milli statistika mərkəzinin çərşənbə günü verdiyi məlumatlara əsasən, ölkədə iyul-sentyabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin 2-ci rübü ilə müqayisədə 3.3% artıb. Analitiklər isə artımın yalnız 3.2% olacağını gözləyirdilər. 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2% və ikinci rübdə 3.1% olub. 

Qeyd etmək lazımdır ki, bu gün açıqlanan rüblük inkişaf göstəricisi ikinci hesablanma idi və yekun məlumatların dekabr ayının 21-də yayımlanması gözlənilir. 

Məlumatın açıqlanmasından sonra həftənin başlması ilə bahalaşan dolların aparıcı valyutalara nisbətən qiymətində artım daha da güclənib.