ABŞ-da işsizlik müavinətləri 220 minə çata bilər

27 İyun 2019

Dünya birjalarında ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanacaq işsizlik müavinətləri göstəriciləri investorların diqqət mərkəzində.

ABŞ-da işsizlik müavinətləri 220 minə çata bilər

Bu gün treyderlərin diqqət mərkəzində olacaq əsas fundamental xəbərlərdən biri də ABŞ-da işsizlik müavinətləri üçün müraciət edənlərin sayı haqqında statistik rəqəmlərdir. Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək göstəricədə müraciət sayının 216 mindən 220 minə qədər artacağı proqnozlaşdırılır. Fakt özü təsdiqini taparsa, dollar maliyyə bazarlarında bir qədər bahalaşa bilər.