ABŞ-da işsizliklə bağlı rəqəmlərdə azalma gözlənilir

07 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətləri bu gün Amerikanın əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilərlə daha da bahalaşa bilər.

ABŞ-da işsizliklə bağlı rəqəmlərdə azalma gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da işsizliklə bağlı daha bir göstəricinin açıqlanması gözlənilir. 


Belə ki, keçmiş həftə 253 min işsizlik müavinəti almaq üçün müraciət edən var idisə, bu həftə üçün bu rəqəmin 221 minə qədər azalması gözlənilir. 


Açıqlanacaq rəqəm gözləntiləri təsdiq edərsə, bu, dolların maliyyə bazarlarında bahalaşma templərinin davamını gətirə bilər.