ABŞ-da işsizliyin azalması proqnozlaşdırılır

16 May 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilər investorların diqqət mərkəzində.

ABŞ-da işsizliyin azalması proqnozlaşdırılır

Bu gün treyderlərin diqqət mərkəzində olacaq əsas fundamental xəbərlərdən biri də ABŞ-da işsizlik müavinətləri üçün müraciət edənlərin sayı haqqında statistik rəqəmlərdir. Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək göstəricədə müraciət sayının 228 mindən 220 minə qədər azalacağı proqnozlaşdırılır. Fakt özü təsdiqini taparsa, dollar maliyyə bazarlarında daha da bahalaşa bilər.