ABŞ-da istehsal məhsulları inflyasiyası 1.9%-ə düşüb

13 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən göstəricilər arasında ABŞ-ın inflyasiyasına dair gözləntilər proqnozlardan zəif açıqlanıb.

ABŞ-da istehsal məhsulları inflyasiyası 1.9%-ə düşüb

İstehsal məhsulları qiymətləri fevral ayında zəif artıb, yanvar ayında isə daşınmalar istisna olmaqla, uzunmüddətli istifadə məshulları proqnozlaşdırılandan daha çox azalıb. 


ABŞ hökümətinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehsal qiymətləri indeksi fevralda aylıq müqayisədə 0.1%, illik müqayisədə 1.9% artıb. Mütəxəssislər isə yanvar ayında aylıq fərqin mənfi 0.1% olmasından sonra müsbət 0.2%-ə yüksələcəyini, illik fərqin isə 1.9%-ə düşəcəyini proqnozlaşdırırdılar. Beləliklə, illik proqnoz özünü doğrultsa da aylıq dinamika zəif olub. 


Bununla yanaşı, uzunmüddətli istifadə məhsulları üzrə sifarişlərin həcmi yanvarda aylıq müqayisədə 0.4% artmış, daşınmalar istisna olmaqla hesablanan baza indeksi isə 0.1% azalıb. Burada iqtisadçılar aylıq fərqin müsbət 1.3%-dən mənfi 0.5%-ə, baza indeksinin isə müsbət 0.3%-dən müsbət 0.1%-ə düşəcəyi proqnozlaşdırılırdı. Burada baza indeksinin proqnozlardan daha çox azalması, daşınmaların yanvar ayında yüksək olmasına işarədir.