ABŞ-da istehsal qiymətlərində artım proqnozlaşdırılır

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Amerikadan dərc edilən istehsal sektorunda inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar diqqət mərkəzindədir.

ABŞ-da istehsal qiymətlərində artım proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da istehsal qiymətlərinin baza indeksi, eləcə də istehsal qiymətləri indeksi ilə bağlı statistik göstəricilər dərc ediləcəkdir. 


İstehsal qiymətlərinin baza indeksində mənfi 0.1%-dən müsbət 0.2%-ə, istehsal qiymətləri indeksində isə mənfi 0.2%-dən müsbət 0.1%-ə qədər artım proqnozlaşdırılır. 


Ehtimallar öz təsdiqini tapacağı təqdirdə, Amerika sessiyasında dolların qiymətlərində yenidən bahalaşmalar müşahidə edilə bilər.