ABŞ-da istehsal qiymətlərində azalma proqnozlaşdırılır

09 May 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-dan dərc edilən istehsal sektorunda inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar diqqət mərkəzindədir.

ABŞ-da istehsal qiymətlərində azalma proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da istehsal qiymətlərinin baza indeksi, eləcə də istehsal qiymətləri indeksi ilə bağlı statistik göstəricilər dərc ediləcəkdir. İstehsal qiymətlərinin baza indeksində 0.3%-dən 0.2%-ə, istehsal qiymətləri indeksində isə 0.6%-dən müsbət 0.2%-ə qədər azalma proqnozlaşdırılır. 


Ehtimallar öz təsdiqini tapacağı təqdirdə, Amerika sessiyasında dolların qiymətlərində ucuzlaşmalar müşahidə edilə bilər.