ABŞ-da mənfi göstəricilər və Avronun bahalaşması

18 Fevral 2019

Beynəlxalq valyuta birjalarında avronun bahalaşması treyderlərin diqqət mərkəzində və 1.15$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

ABŞ-da mənfi göstəricilər və Avronun bahalaşması

Ötən həftəni Amerikadan gələn neqativ açıqlamar fonunda cümə gününü artımla bağlayan EURUSD cütlüyünün qiymətləri, 1.1342 hədlərinin üstündə möhkəmlənməyi bacararsa, artımların davam etməsi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, 1.1342 həddi qırılarsa, növbəti hədəflər kimi 1.1413, 1.1430 və 1.1470 hədləri test edilə bilər. 


Əgər qiymətlər eniş istiqamətli hərəkətliliyini sürətləndirərək 1.1250 həddinin altına düşüb, orada qalmağı bacararsa, 1.1230 və 1.1180 hədləri növbəti hədəflər olaraq çıxış edə bilər.