ABŞ-da mənzillərin qiymətləri ucuzlaşmaqdadır

29 Yanvar 2019

ABŞ-da FED-in faiz artımı siyasəti fonunda inflyasiyanın azalması, mənzil qiymətlərinin illik artım dinamikasının zəifləməsinə səbəb olmuşdur.

ABŞ-da mənzillərin qiymətləri ucuzlaşmaqdadır

"Standart and Purs" (ing.: Standard & Poor's) təşkilatının çərşənbə axşamı verdiyi məlumata görə, ABŞ-ın 20 regionunun daşınmaz əmlak bazarında satış qiymətləri noyabr ayında son bir il ərzində 4.7% yüksəlib. Analitiklər isə bu göstəricinin yalnız 4.9%-ə kimi azalacağını proqnozlaşdırırdılar. Beləliklə, illik artım dinamikası gözləniləndən zəif açıqlanmaqla yanaşı, doqquzuncu aydır ard-arda azalmaqda davam edir. Qiymətlərdə illik artım dinamikası 2018-ci il ərzində fevral aylarında 6.8%-ə kimi yüksəldikdən sonra mart ayında yenidən 6.7%-ə kimi zəifləməklə, azalma dinamikasının əsası  qoyulmuşdur. 


Ölkədə mənzil qiymətlərində artım inflyasiya ilə sıx əlaqəlidir. ABŞ-da inflyasiya 2018-ci ildə iyun ayında 2.9% ilə son 6 ilin maksimum səviyyəsinə kimi yüksəldikdən sonra iyul ayından etibarən azalmağa başlamışdır. Enerji bazarlarında neft qiymətlərinin sürətli bahalaşması, ABŞ-da inflyasiyanın da artmasına təsir etmişdir. Bu isə Amerika Mərkəzi Bankının (FED) faiz artımına getməsinə səbəb olmuşdur. Bundan sonra inflyasiya da qismən azalmışdır.