ABŞ-da məşğulluğa dair göstəricilər açıqlandı

18 İyul 2019

ABŞ-da “PMI” göstəricilərində və ticarət dövriyyəsində geriləmələrin olmasına baxmayaraq, əmək bazarı öz gücünü qoruyur.

ABŞ-da məşğulluğa dair göstəricilər açıqlandı

ABŞ-da işsizlik müavinətləri üçün müraciət edənlərin sayı iyul ayının ikinci həftəsində 8 min nəfər artaraq 216 min nəfərə çatdı. Keçən həftə açıqlanan rəqəmlər isə 209 mindən 208 minə dəyişdirilmişdir. Qeyd edilməlidir ki, 4 həftəlik orta işsizlik 218,75 min oldu. 

ABŞ-da “PMI” göstəricilərində və ticarət dövriyyəsində geriləmələrin olmasına baxmayaraq, əmək bazarı öz gücünü qoruyur. FED üzvləri də son toplantı zamanı məşğulluqda müsbət tendensiyanın davam etdiyini ifadə etdi. Ancaq digər göstəricilərdə zəifləmə faiz dərəcələrinin azaldılması ehtimallarına yol açır. Bu ayın sonunda baş tutacaq “FOMC” toplantısında komitənin 0.25%-lik endirimə getməsi proqnozlaşdırılırgözlənilir.