ABŞ-da məşğulluq azala bilər

29 May 2019

Dünya maliyyə birjalarında ABŞ-ın əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilər investorların diqqət mərkəzində.

ABŞ-da məşğulluq azala bilər

Sabah treyderlərin diqqət mərkəzində olacaq əsas fundamental xəbərlərdən biri də ABŞ-da işsizlik müavinətləri üçün müraciət edənlərin sayı haqqında statistik rəqəmlərdir. Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək göstəricədə müraciət sayının 211 mindən 216 minə qədər artacağı proqnozlaşdırılır. Fakt özü təsdiqini taparsa, dollar maliyyə bazarlarında bir qədər ucuzlaşa bilər.