ABŞ-da neft 6 və benzin ehtiyatı 1 milyon barel artıb

01 May 2019

ABŞ-ın neft ehtiyatlarının benzin ehtiyatlarından daha sürətlə artması, bazarlarda neft təklifinin artmasına və qiymətlərin ucuzlaşa biləcəyinə işarədir.

ABŞ-da neft 6 və benzin ehtiyatı 1 milyon barel artıb

Amerikanın enerji informasiya adminstrasiyasının (ing.: "EIA") çərşənbə günü açıqladığı məlumatlara əsasən, ABŞ-da neft ehtiyatları keçən həftə ərzində 9.9, benzin ehtiyatı isə 0.9 milyon barel artıb. 


Beləliklə, neft istehsalının daha sürətlə davam etdiyi müşahidə edilir və bu, enerji birjalarında təklifin artmasına və qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. 


Mütəxəssislər neft ehtiyatlarının 1.5 milyon barel artacağını, benzin ehtiyatının isə 1.0 milyon barel azalacağını proqnozlaşdırırdılar.