ABŞ-da neft ehtiyatı artır, benzin ehtiyatı azalır

24 Aprel 2019

Amerikanın neft ehtiyatları proqnozlaşdırılandan daha çox artıb, benzin ehtiyatları isə proqnozlaşdırılandan daha çox azalıb.

ABŞ-da neft ehtiyatı artır, benzin ehtiyatı azalır

Amerikanın enerji informasiya adminstrasiyasının (ing.: "EIA") çərşənbə günü açıqladığı məlumatlara əsasən, ABŞ-da neft ehtiyatları keçən həftə ərzində 5.5 milyon barel artıb, benzin ehtiyatı isə 2.1 milyon barel azalıb. 


Beləliklə, neft istehsalının daha sürətlə davam etdiyi müşahidə edilir və bu, enerji birjalarında təklifin artmasına və qiymətlərin ucuzlaşmasına səbəb ola bilər. 


Mütəxəssislər neft ehtiyatlarının 1.3 milyon barel artacağını, benzin ehtiyatının isə yalnız 1.0 milyon barel azalacağını proqnozlaşdırırdılar. 


Neft və benzin ehtiyatları ilə bağlı statistik göstəricilərin açıqlanmasından sonra Avropanın Brent neftinin bir barel qiyməti 74.32$-a kimi 0.5% ucuzlaşıb.