ABŞ-da neft ehtiyatlarının artması gözlənilir

06 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Amerikadan açıqlanacaq neft ehtiyatları ilə bağlı önəmli statistik göstəricilər investorların diqqət mərkəzində.

ABŞ-da neft ehtiyatlarının artması gözlənilir

Bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-da neft ehtiyatlarının statistik göstəricisi dərc olunacaq. Brent markalı neftin qiyməti son 3 gün ərzində 63.61$ səviyyəsindən 61.25$ səviyyəsinədək ucuzlaşıb və hal-hazırda 61.90$ səviyyəsində ticarət olunur. 


ABŞ-da bu gün neft ehtiyatlarının artması proqnoz olunur. Neft ehtiyatlarının artması, Brent markalı neftin qiymətində eniş trendinin davam etməsinə səbəb ola bilər və qiymət 61.25$ həddini qırarsa, 60.40$ və 59.50$ səviyyələrinədək ucuzlaşa bilər.


ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəricilərində ötən həftə 0.919M  barel olan ehtiyatın, bu həftə 2.179M barelə çataçağı gözlənilir.