ABŞ-da neft ehtiyatlarının artması proqnozlaşdırılır

21 Fevral 2019

Bu gün dünya bazarlarında Amerikanın neft ehtiyatları ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər treyderlərin diqqət mərkəzində.

ABŞ-da neft ehtiyatlarının artması proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 19:30-da “ABŞ xam neft ehtiyatları” statistik göstəricisi dərc olunacaq.

 

Xam neft ehtiyatlarında ehtimallara əsasən artım dinamikasının zəifləməsi proqnozlaşdırılır.

 

Neft ehtiyatlarında artım proqnozları üstələyərsə, bu, Brent markalı neftin qiymətində korreksiyaya səbəb ola bilər. Göstərici keçən həftəni üstələyərsə, qiymətdə 63.40$ səviyyəsinədək eniş proqnozlaşdırılır.

 

Lakin göstərici azalma ilə dərc olunarsa, 68.50 və 69.20$ həddlərinədək artım ehtimal olunur.