ABŞ-da parlament seçkisinin yekun nəticəsi gözlənilir

07 Noyabr 2018

Dünya bazarlarında böyük maraqla gözlənilən ABŞ-da parlament seçkisinin yekun nəticəsinin açıqlanması, investorların riskə meyillərini daha da artıra bilər.

ABŞ-da parlament seçkisinin yekun nəticəsi gözlənilir

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq Amerikada parlament seçkisinin rəsmi nəticəsi öncəsi dolların aparıcı valyutalara nisbətən qiymətləri 1% ucuzlaşıb. 


Belə ki, avronun qiyməti 1.15$, funtun qiyməti isə 1.31$-a ticarət edilir. Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1229$-a təklif edilir.


Yekun seçki nəticələrinin açıqlanmasından sonra dünya birjalarında aktivliyin daha da artması gözlənilir. Bununla yanaşı, sabah Bakı vaxtı ilə saat 23:00-da dərc ediləcək Amerika Mərkəzi Bankının (FED) faiz qərarı da investorların diqqət mərkəzindədir.


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında ən çox gözlənilən senari Senatda respublikaçıların üstünlüyü əldə saxlamaları və demokratik aşağı palatadır. Bu baş verərsə, iqtisadi impulsların azalması ilə inkişafın dayanıqlığı zəifləyə bilər. Bazar bundan hal-hazırda çox narahatdır. ABŞ ilə Çin arasında çətinləşən ticarət münasibətləri də yumşala bilər.


2-ci senari: Demokratlardan ibarət Senat və demokratik aşağı palata. ABŞ prezidenti Donald Trampın siyasi mövqeyi zəifləyəcək. Bu, infrastruktur tədbirlərində inkişaf risklərini artıracaq və beləliklə, iqtisadi qeyri-müəyyənlik artmaqla, investisiyaların da yenidən azalması müşahidə edilə bilər. 


Daha az gözlənilən 3-cü senari: Respublikaçılardan ibarət Senat və respublikaçı aşağı palata. Bu vəziyyət bazarlarda risk iştahını qısa müddətliyinə yüksəldə bilər. ABŞ hökümətinin sərt xarici siyasəti və FED-in sərt monetar siyasəti yenidən diqqət mərkəzində olacaq.