ABŞ-da pərakəndə satış dövriyyəsi 0.4% arta bilər

14 İyun 2019

Dünya maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən göstəricilər arasında ABŞ-ın pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricilər yer alır.

ABŞ-da pərakəndə satış dövriyyəsi 0.4% arta bilər

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da pərakəndə satışların həcmi ilə bağlıdır.  Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək nəticələrə baxdıqda, may ayı üçün pərakəndə satışların həcminin -0.2%-dən 0.4-dək, pərakəndə satışların baza indeksinin həcminin isə 0.1%-dən 0.5%-dək artacağı proqnozlaşdırılır. Proqnozlar özünü doğruldarsa, ABŞ dolları maliyyə bazarlarında nisbətən bahalaşa bilər.