ABŞ-da pərakəndə satış dövriyyəsi azala bilər

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dolların ucuzlaşmasına səbəb ola biləcək fundamental göstəricilər də treyderlərin diqqət mərkəzindədir.

ABŞ-da pərakəndə satış dövriyyəsi azala bilər

Bu gün Bakı vaxtı ilə saat 17.30-da açıqlanacaq statistik rəqəmlərə nəzər salsaq, ABŞ-da pərakəndə satışların artım dinamikasının 0.2%-dən 0.1%-ə qədər azalması ehtimal edilir. 


Proqnozlar öz təsdiqini taparsa, bu, dolların dünya maliyyə bazarlarında ucuzlaşmasına səbəb ola bilər.


Bununla yanaşı, açıqlanacaq digər fundamental xəbərlərin nəticələrinə də diqqət yetirmək lazımdır.