ABŞ-da pərakəndə satış dövriyyəsi

15 May 2019

Dünya maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən göstəricilər arasında ABŞ-ın pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricisi yer alır.

ABŞ-da pərakəndə satış dövriyyəsi

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da pərakəndə satışların həcmi ilə bağlıdır.  Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək nəticələrə baxdıqda, aprel ayı üçün pərakəndə satışların həcminin 1.4% artaraq 0.2%-ə çatacağı, pərakəndə satışların baza indeksinin həcminin isə 0.5% azalaraq 0.7%-ə düşəcəyi proqnozlaşdırılır. Proqnozlar özünü doğruldarsa, ABŞ dolları maliyyə bazarlarında nisbətən dəyər itirə bilər.