ABŞ-da pərakəndə satış sektorunda aktivlik artıb

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ iqtisadiyyatına dair böyük maraqla gözlənilən fundamental göstəricilər müsbət açıqlanıb.

ABŞ-da pərakəndə satış sektorunda aktivlik artıb

Amerikanın pərakəndə satış sektorunda aktivlik proqnozlaşdırılandan daha çox artıb. 


ABŞ hökümətinin açıqladığı rəsmi məlumatalara əsasən, pərakəndə satış dövriyyəsi yanvar ayında 0.2%, avtomobil satışları istisna olmaqla hesablanan dövriyyə isə 0.9% artıb. 


İqtisadçılar isə pərakəndə satış dövriyyəsində dəyişiklik ehtimla etmirdilər, lakin göstəricinin baza indeksində 0.4%-lik artım proqnozlaşdırırdılar. 


ABŞ-da yanvar ayında 

 - inflyasiya 1.9%-dən 1.6%-ə düşmüş, 

 - sənaye istehsalı 0.6% azalmışdır, 

 - istehal qiymətləri 0.1% düşmüş, 

 - xidmət sektorunda biznes aktivliyi indeksi 56.7 punkta kimi azalmış, 

 - yaşayış tikintisi 18.6% artmış, 

 - tikinti icazələri 1.4% artmışdır, 

 - işsizlik 4.0%-ə yüksəlsə də məşğulların sayında aylıq artım dinamikası son 11 ayın maksimum səviyyəsinə çatmışdır.