ABŞ-da pərakəndə satışların artması proqnozlaşdırılır

11 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən göstəricilər arasında Amerikanın pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricisi yer alır.

ABŞ-da pərakəndə satışların artması proqnozlaşdırılır

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da pərakəndə satışların həcmi ilə bağlıdır. 


Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək nəticələrə baxdıqda, yanvar ayı üçün pərakəndə satışların baza indeksinin həcminin 0.4% artacağı, pərakəndə satışların həcminin isə dəyişməyəcəyi proqnozlaşdırılır. Proqnozlar özünü doğruldarsa, ABŞ dolları maliyyə bazarlarında daha da qüvvətlənə bilər.


Müqayisə üçün qeyd edək ki, daha əvvəlki açıqlama zamanı pərakəndə satışlarının baza indeksinin həcmi 1.8%, pərakəndə satışların həcmi isə 1.2% azalmışdı.