ABŞ-da rüblük inkişaf 3.2%-ə yüksəldi

26 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-dan böyük maraqla gözlənilən fundamental göstəricilər proqnozlaşdırılandan daha yaxşı açıqlanıb.

ABŞ-da rüblük inkişaf 3.2%-ə yüksəldi

Amerikanın milli statistika mərkəzinin cümə axşamı verdiyi məlumatlara əsasən, ölkədə yanvar-mart ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 4-cü rübü ilə müqayisədə 3.2% artıb. 


Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2%, 2-ci rübündə isə 4.2%, 3-cü rübündə 3.4% və 4-cü rübündə 2.2% idi. 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2% olmuşdu. 


Analitiklər isə rüblük artım dinamikasının 2019-cu ilin birinci rübündə 2.0%-ə düşəcəyini ehtimal edirdilər. Bu gün açıqlanan göstərici ilkin hesablanma idi. Yekun hesablanmanın isə iyun ayının sonlarında açıqlanması gözlənilir. 


Qeyd etmək lazımdır ki, ÜDM ölkədə müvafiq dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyəridir və ölkə iqtisadiyyatının gücünü əks etdirir.