ABŞ-da sənaye aktivliyində artım meylləri

03 İyun 2019

Amerikanın sənaye sektoruna dair açıqlanacaq statistik rəqəmlər İnvestorların diqqət mərkəzində.

ABŞ-da sənaye aktivliyində artım meylləri

Təchizat idarəetmə institutunun (ing.: "ISM") sənaye sektorunda işgüzar aktivliyi ölçən indeksi may ayında 52.8 punktdan 53.0 punkta qədər artım proqnozlaşdırılır.


Göstərici sahibkarlar arasında müxtəlif mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.