ABŞ-da sıfıra yaxın inkişafdan ehtiyat edilir

24 Yanvar 2019

ABŞ hökümətində davam edən "Shutdown" fonunda iqtisadi inkişaf dinamikasının birinci rübdə sıfıra kimi geriləməsinə təsir edə biləcəyi gözlənilir.

ABŞ-da sıfıra yaxın inkişafdan ehtiyat edilir

ABŞ hökümətində davam edən "Shutdown" iqtisadiyyata mənfi təsir edə bilər. Bu haqda ABŞ prezidentinin məsləhətçisi danışıb və bildirib ki, ilin birinci rübündə iqtisadi inkişaf zəifləyə bilər. 


Dörd həftədən çox Amerika hökümətinin işsiz qalması (ing.: "Government Shutdown") iqtisadiyyat üçün təhlükədir. ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə məsləhətçisi Kevin Hassettə görə, büdcə blokadası bütün birinci rüb üzrə davam edərsə, 2019-ci ilin birinci rübündə iqtisadi inkişaf dinamikasının sıfıra yaxın bir rəqəmə kimi zəifləyə biləcəyini əlavə edib. 


Lakin bütün il üzrə iqtisadiyyat güclü olaraq qalır. Belə ki, ümumilikdə iqtisadi inkişafın 3% ətrafında qalacağı proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, Dünya bankı və Beynəlxalq valyuta fondu kimi təşkilatlar gələn il ABŞ iqtisadiyyatında yuxarıda danışılan mövzudan asılı olmayaraq, geriləmə proqnozlaşdırır.