ABŞ-da ÜDM-də azalma proqnozlaşdırılır

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün gözlənilən önəmli fundamental xəbərlər arasında ABŞ-ın iqtisadi inkişaf göstəricisi var.

ABŞ-da ÜDM-də azalma proqnozlaşdırılır

Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikanın ümumdaxili məhsulun həcmində dəyişikliklə bağlı statistik rəqəmlər dərc ediləcəkdir. 


Analitiklər ÜDM-də artımın 3.4%-dən 2.6%-ə düşəcəyini ehtimal edirlər. 


Proqnozlar öz təsdiqini taparsa, dollar maliyyə bazarlarında bir qədər də dəyər itirə bilər.