ABŞ-da verilən kredit həcmi artır

10 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikada istehlak kreditlərinin həcmində artım müsbət iqtisadi tendensiya kimi qiymətləndirilir.

ABŞ-da verilən kredit həcmi artır

ABŞ-da istehlak kreditlərinin həcmi iyul ayında proqnozlaşdırılandan daha çox artıb. Amerika Mərkəzi Bankının bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, verilən kreditlərin həcmi aylıq müqayisədə 23.3 milyard dollar artıb. Mütəxəssislər isə yalnız 16.0 milyard dollarlıq artım ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, iyun ayında kredit həcmində artım 13.8 milyard dollar olmuşdur.