ABŞ-da yeni mənzil bazarında durğunluq davam edir

26 Sentyabr 2017

Amerikanın yeni mənzil bazarında satış dövriyyəsi ilə bağlı statistik göstəricilər ikinci aydır ard-arda azalma ilə açıqlanır.

ABŞ-da yeni mənzil bazarında durğunluq davam edir

ABŞ-ın statistika idarəsinin çərşənbə axşamı verdiyi məlumatlara görə, ABŞ-da yeni menzil bazarında satış dövriyyəsi avqust ayında 3.4% azalmaqla, fevral ayından etibarən bir il ərzində satılan mənzil sayının ən aşağı səviyyəyə düşməsinə səbəb olub. Belə ki, ABŞ-da son bir il ərzində satılan yeni mənzillərin sayı avqust ayında 560 min evə düşüb. 

Qeyd etmək lazımdır ki, mart ayında ABŞ-da yeni mənzillərin satışında 5.8% artım olmuş və bir il ərzində satılan mənzillərin sayı 642 000-ə çatmışdır.