ABŞ-DA YENİ VERGİ QANUNUN QƏBULU DİQQƏT MƏRKƏZİNDƏ

19 Dekabr 2017

Avrozonada zəif inflyasiya, İngiltərə iqtisadiyyatında “BREXIT” danışıqları fonunda qeyri-müəyyənlik və ABŞ-da yeni vergi qanununun qəbulu gözləntiləri.

ABŞ-DA YENİ VERGİ QANUNUN QƏBULU DİQQƏT MƏRKƏZİNDƏ

Avro 1.16$, GBP 1.32$-a kimi ucuzlaşa bilərlər. 

Dünya valyuta birjalarında EUR/USD valyuta cütlüyünün qiyməti 1.18$-ın altında ticarət edilməkdədir. Təhlillərə əsasən qiymət 1.1707$-a kimi ucuzlaşarsa, dinamika 1.1630$-a kimi güclənə bilər.

GBP/USD qiyməti isə 1.33-1.34$ aralığında ticarət edilməkdədir. Məhz qiymətin 1.34$-ın altında ticarət olunması, burada da güclü eniş dalğasının şahidi ola biləcəyimizə əsas verir. Lakin bunun üçün qiymətin 1.3308$-ı aşağı istiqamətdə qırması da önəmlidir ki, bundan sonra məzənnə əlavə olaraq 1.3220$-a kimi ucuzlaşa bilər.

Avrozonada inflyasiyanın zəif olması, İngiltərə iqtisadiyyatında “BREXIT” danışıqları fonunda qeyri-müəyyənlik və Amerikada yeni vergi qanununun qəbulu gözləntiləri, avro və funtu son günlər təzyiq altında saxlayan amillərdir. Qeyd etmək lazımdır ki, bu gün ABŞ-da yeni proqramın qəbulu səs verməsinin keçirilməsi planlaşdırılır və bu hadisə beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilməkdədir.

Qızıl 1268$-a doğru bahalaşmaqdadır. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşmaqda davam edir. Artıq 1264$-a (40.5 $/qram) kimi dəyər qazanan qızılın bir unsiya üzrə qiymətinin 1268$-a (40.7 $/qram) kimi də dəyər qazanacağı proqnozlaşdırılır.