ABŞ-da yüksək inflyasiyanın dollara təsiri

11 May 2018

Amerikada inflyasiya göstəricilərinin yüksəlməkdə davam etməsi, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olur.

ABŞ-da yüksək inflyasiyanın dollara təsiri

Dünya maliyyə bazarlarında dolların qiymətində müşahidə edilən ucuzlaşma, avro, lirə və qızıl qiymətlərində bahalaşmaya səbəb olub. Amerikada inflyasiyanın son bir ilin maksimum səviyyəsinə kimi artması, dolların dəyər itirməsinə səbəb olur. 


Avro 1.20$-a kimi də bahalaşa bilər. 

EUR/USD məzənnəsi 1%-ə kimi bahalaşıb. Hal-hazırda 1.1900$-ın üzərində ticarət edilən avro 1.1950$-ı da yuxarı istiqamətdə qırarsa, 1.2000 və 1.2050$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


Lirə 4.22TL-ə kimi bahalaşdı. 

Türkiyə bazarlarında lirə də 4.22TL-ə kimi bahalaşıb və gələcək günlər ərzində 4.22-4.28TL aralığında dalğalanacağı proqnozlaşdırılır.


Qızıl üzrə növbəti hədəf: 1333$. 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti 1323$-a kimi dəyər qazandıqdan sonra 1320$-a kimi korreksiya edib. Lakin qiymətin yenidən artım dalğasını bərpa edərək, 1333$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.