ABŞ-dan əmək bazarı göstəriciləri açıqlanacaq

05 İyul 2019

Dünya birjalarında Amerikadan dərc ediləcək önəmli göstəricilərin avro, funt, qızıl və neftdə ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir.

ABŞ-dan əmək bazarı göstəriciləri açıqlanacaq

EUR/USD və GBP/USD məzənnələri son günlər dar qiymət dəhlizi daxilində ticarət edilməkdədir. Lakin bu gün Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli statistik məlumatların məzənnələrdə ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir. 


Əlvan metallar bazarlarında qızılın yeni maksimumlar yarada biləcəyi ehtimalları gündəmdədir. Belə ki, cari həftə ərzində bir unsiya üzrə qiymət 4% bahalaşdıqdan sonra yenidən 1438$-ı qıra və 1470$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Enerji birjalarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiyməti bugünkü sessiyalarda 64$-ın üzərində təklif edilərsə, 67$-a kimi də dəyər qazana bilər.