05.07.2019 ABŞ-dan əmək bazarı göstəriciləri açıqlanacaq

05.07.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

05.07.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro və Funt ticarət aktivliyi arta bilər. 

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri son günlər dar qiymət dəhlizi daxilində ticarət edilməkdədir. Lakin bu gün Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli statistik məlumatların məzənnələrdə ticarət aktivliyinin artmasına təsir edəcəyi gözlənilir. 


Qızıl və neft qiymətlərində bahalaşma proqnozları artdı. 

Əlvan metallar bazarlarında qızılın yeni maksimumlar yarada biləcəyi ehtimalları gündəmdədir. Belə ki, cari həftə ərzində bir unsiya üzrə qiymət 4% bahalaşdıqdan sonra yenidən 1438$-ı qıra və 1470$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. 

Enerji birjalarında da neft qiymətlərində bahalaşma müşahidə edilir. Təhlillərə əsasən, Brent neftinin bir barel üzrə qiyməti bugünkü sessiyalarda 64$-ın üzərində təklif edilərsə, 67$-a kimi də dəyər qazana bilər.