ABŞ-dan fundamental göstəricilər diqqət mərkəzində

26 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Amerikadan açıqlanacaq önəmli statistik göstəricilər investorlar tərəfindən böyük maraqla gözlənilir.

ABŞ-dan fundamental göstəricilər diqqət mərkəzində

ABŞ-dan tikinti sektoru və istehlak aktivliyi göstəriciləri açıqlanacaq. 

Amerika mərkəzi bankının sonuncu açıqlamalarından sonra investorların diqqətləri yenidən daha çox fundamental göstəricilərə istiqamətlənib.


Bu gün isə Bakı vaxtı ilə saat 16:30 və 18:00-da müvafiq olaraq ABŞ-ın tikinti sektorunda və istehlak aktivliyini ölçən statistik göstəricilər açıqlanacaqdır.


Avro və qızılda bahalaşma proqnozları. 

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1342$-ı yuxarı istiqamətdə qırarsa, 1.1389$-a kimi də bahalaşa bilər.


Avropa və Çin iqtisadiyyatlarına dair riskli gözləntilərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin də artmasına səbəb olmuşdur. Həftənin ilk günü artıq 1324$-a kimi 1% dəyər qazanan qızılın bir unsiya üzrə qiyməti, 1333$-a kimi də bahalaşa bilər.