ABŞ-dan fundamental göstəricilər və Dolların zəifləməsi

28 Mart 2019

Dünya valyuta birjalarında dolların qiymətlərində bahalaşma zəifləyib, EUR/USD məzənnəsində 1.1331$-a kimi bahalaşa biləcəyi proqnozları güclənib.

ABŞ-dan fundamental göstəricilər və Dolların zəifləməsi

Dünya valyuta birjalarında Amerika iqtisadiyyatı ilə bağlı açıqlanan statistik göstəricilərdən sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması dinamikası zəifləyib.


EUR/USD məzənnəsi də yenidən 1.1250$-ın üzərində ticarət edilməkdədir və 1.1276$-ı yuxarı istiqamətdə qırarsa, 1.1331$-a kimi də bahalaşa bilər.


Bu gün isə Bakı vaxtı ilə saat 16:30-da Amerikanın iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaqdır.