ABŞ-dan inflyasiya diqqət mərkəzində

14 Fevral 2018

ABŞ-da inflyasiyanın qismən azalması, FED-in faiz artımı gözləntiləri fonunda, dolların qismən bahalaşmasına təsir edə bilər.

ABŞ-dan inflyasiya diqqət mərkəzində

Avro 1.2411$-da güclü müqavimətlə rastlaşa bilər. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.24$-a kimi bahalaşıb və təhlillərə əsasən, qiymət 1.2411$-a kimi bahalaşdıqdan sonra güclü müqavimətlə rastlaşaraq, yenidən 1.2343$-a kimi ucuzlaşa bilər.


Qızılda 12$-lıq ucuzlaşma ola bilər. 

Əlvan metallar bazarlarında da qızıl qiymətləri 1337$-a kimi bahalaşdıqdan sonra ucuzlaşmanın şahidi oluruq və burada da qiymət gün ərzində 1329 və 1325$-a kimi ucuzlaşa bilər.


ABŞ-dan inflyasiya açıqlanacaq. 

Eyni zamanda, bu gün son günlər böyük maraqla gözlənilən, Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın inflyasiyası ilə bağlı önəmli fündamental məlumatlar açıqlanacaq.