ABŞ-dan inflyasiya açıqlanacaq

12 İyul 2018

Bu gün ABŞ-dan açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqdadır.

ABŞ-dan inflyasiya açıqlanacaq

Dünya valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri ucuzlaşmaqda davam edir. Belə ki, Avropa və İngiltərədə siyasi və iqtisadi risklər ölkə valyutalarına da mənfi təsir etməkdədir. Təhlillərə əsasən, avro 1.16, funt sterlinqin qiyməti isə 1.31$-a kimi də ucuzlaşa bilər.


Türkiyə maliyyə bazarlarında də Dollar/Lirə məzənnəsi bahalaşaraq, yeni maksimumlar yaradıb. Beləliklə, 4.89TL-yə ticarət edilən USD/TRY məzənnəsinin, 4.97TL-nin yuxarı istiqamətdə qırılması ilə 5.20TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da aparıcı valyutaların dollara nisbətən məzənnələrinə təsir edəcəyi gözlənilir.