12.07.2018 ABŞ-dan inflyasiya açıqlanacaq

12.07.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

12.07.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro, Funt və Lirə ucuzlaşmaqda. 

Dünya valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri ucuzlaşmaqda davam edir. Belə ki, Avropa və İngiltərədə siyasi və iqtisadi risklər ölkə valyutalarına da mənfi təsir etməkdədir. Təhlillərə əsasən, avro 1.16, funt sterlinqin qiyməti isə 1.31$-a kimi də ucuzlaşa bilər.

Türkiyə maliyyə bazarlarında də Dollar/Lirə məzənnəsi bahalaşaraq, yeni maksimumlar yaradıb. Beləliklə, 4.89TL-yə ticarət edilən USD/TRY məzənnəsinin, 4.97TL-nin yuxarı istiqamətdə qırılması ilə 5.20TL-yə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.


ABŞ-dan inflyasiya açıqlanacaq. 

Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da aparıcı valyutaların dollara nisbətən məzənnələrinə təsir edəcəyi gözlənilir.