ABŞ-dan inflyasiya göstəriciləri gözlənilir

10 May 2018

Bu gün yayımlanacaq önəmli göstəricilər öncəsi EUR/USD və GBP/USD məzənnələri cari həftənin minimum səviyyələri üzərində ticarət edilirlər.

ABŞ-dan inflyasiya göstəriciləri gözlənilir

Dünya birjalarında bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı statistik göstəricilər öncəsi EUR/USD və GBP/USD məzənnələri cari həftənin minimum səviyyələri üzərində ticarət edilirlər.


Dollar avro və funta görə 1% ucuzlaşa bilər. 

Təhlillərə əsasən, ABŞ-da inflyasiya artarsa, bu, dolların avro və funta nisbətən qiymətlərinin də 1%-ə kimi ucuzlaşmalarına səbəb ola bilər. Hal-hazırda EUR/USD məzənnəsi 1.18-1.19$, GBP/USD məzənnəsi isə 1.35-1.36$ aralığında ticarət edilməkdədir.


USD/TRY məzənnəsində korreksiya. 

Türkiyə bazarlarında dollar 4.37TL-ə kimi bahalaşdıqdan sonra 4.29TL-ə kimi ucuzlaşıb. Beləliklə, USD/TRY məzənnəsi 4.25TL-i də aşağı istiqamətdə qırarsa, 4.22TL-ə kimi də ucuzlaşa bilər.


Qızıl 1326 və 1333$-a kimi dəyər qazana bilər. 

Əlvan metallar bazarlarında isə qızılın bir unsiya üzrə qiyməti yenidən 1313$-ın üzərində təklif edilməkdədir. Qiymət 1316$-a kimi də artarsa, artım dalğasının burada da 1326 və 1333$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır.