ABŞ-dan işsizliklə bağlı açıqlama olacaq

28 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın əmək bazarı ilə bağlı açıqlanacaq göstəricilər investorların diqqət mərkəzində.

ABŞ-dan işsizliklə bağlı açıqlama olacaq

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da işsizlik müavinətləri üçün müraciət edənlərin sayı haqqında statistik rəqəmlərdir.


Bakı vaxtı ilə saat 17:30-da dərc ediləcək göstəricədə müraciət sayının 216 mindən 221 minə qədər artacağı ehtima edilir. 


Fakt özü təsdiqini taparsa, dollar bir qədər də dəyər itirə bilər.