ABŞ-dan müsbət göstəricilər dolları bahalaşdıra bilmir

24 Dekabr 2019

Amerikanın maliyyə bazarlarına dair investorların ehtiyatlı mövqeləri, avro, funt və qızıla olan tələbi artırır.

ABŞ-dan müsbət göstəricilər dolları bahalaşdıra bilmir

Amerikanın ilkin daşınmaz əmlak bazarına dair açıqlanan müsbət fundamental məlumatların dolların qiymətlərinə təsiri məhdud olub. Bunun əsas səbəbi Amerikanın maliyya bazarına dair narahatlıqların dolların aparıcı valyutalara nisbətən qiymətlərini təzyiq altında saxlamasıdır. Nəticədə avro və funta olan tələb yenidən artmağa başlayıb. 


Qızılda bahalaşma davam edir. 

Bununla yanaşı, əlvan metallar bazarlarında qızılın qiymətində də bahalaşma müşahidə edilir və 1498$-a kimi bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.