ABŞ-dan önəmli göstəricilər açıqlanacaq

29 May 2018

Avropada və İngiltərədə siyasi risklərin artması avro və funta olan təzyiqlərin daha da artmasına təsir edib və bu gün güclü dalğalanma gözlənilir.

ABŞ-dan önəmli göstəricilər açıqlanacaq

Avroda eniş dalğası yenidən gücləndi. 

Belə ki, EUR/USD məzənnəsi bazar ertəsi yenidən ucuzlaşaraq, son 6 ayın minimum səviyyəsini yeniləyib. 1.1628$-a ticarət edilən məzənnə 1.1606$-a kimi də ucuzlaşarsa, eniş dalğasının 1.1554$-a kimi də sürətlənə biləcəyi proqnozlaşdırılır.


Funt 1.32$-a kimi də ucuzlaşa bilər. 

GBP/USD məzənnəsində isə növbəti eniş dalğası üçün 1.3295$-ın aşağı istiqamətdə qırılması önəmli olacaqdır. Məhz bundan sonra funt sterlinq 1.3220$-a kimi ucuzlaşa bilər.


Bunlarla yanaşı, sözügedən məzənnələrin qiymətlərinə bu gün Bakı vaxtı ilə saat 17 və 18:00-da müvafiq olaraq açıqlanacaq, ABŞ-ın mənzil bazarında inflyasiya və istehlak güvəni ilə bağlı önəmli fundamental məlumatların da təsir edəcəyi gözlənilir.