ABŞ-dan önəmli göstəricilər, Dollar və Brent

04 Oktyabr 2019

Dünya valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların açıqlanması gözlənilir.

ABŞ-dan önəmli göstəricilər, Dollar və Brent

EUR/USD 1.10$-ın altında təklif edilir. 

Məlumatların açıqlanması öncəsi EUR/USD məzənnəsi 1.10$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 1.08$-a kimi ucuzlaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır. 


Brent neftinin 3%-lik bahalaşmasının 62$-a kimi güclənməsi üçün səbəblər. 

Enerji birjalarında isə Avropanın Brent neftinin qiymətində 3%-lik bahalaşma müşahidə edilir. Qlobal bazarlarda neftə olan tələbin azalması gözləntiləri qiymətlərin ucuzlaşmasına təsir etsə də Amerikanın qazma qurğularının sayında da azalma davam edərsə, qiymətlərə dəstək güclənə bilər. 

Bununla bağlı treyderlər saat 21:00-da Amerikadan dərc ediləcək qurğuların sayı il bağlı statistikanı gözləyirlər. Burada azalma, Brent neftini 62$-a kimi dəyər qazanmasına səbəb ola bilər.