04.10.2019 ABŞ-dan önəmli göstəricilər, Dollar və Brent

04.10.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

04.10.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



ABŞ-ın əmək bazarı göstəriciləri diqqət mərkəzində. 

Beynəlxalq valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların açıqlanması gözlənilir. 


EUR/USD 1.10$-ın altında təklif edilir. 

Məlumatların açıqlanması öncəsi EUR/USD məzənnəsi 1.10$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, 1.08$-a kimi ucuzlaşa biləcəyi proqnozları gündəmdə qalmaqdadır. 


Brent neftinin 3%-lik bahalaşmasının 62$-a kimi güclənməsi üçün səbəblər. 

Enerji birjalarında isə Avropanın Brent neftinin qiymətində 3%-lik bahalaşma müşahidə edilir. Qlobal bazarlarda neftə olan tələbin azalması gözləntiləri qiymətlərin ucuzlaşmasına təsir etsə də Amerikanın qazma qurğularının sayında da azalma davam edərsə, qiymətlərə dəstək güclənə bilər. 

Bununla bağlı treyderlər saat 21:00-da Amerikadan dərc ediləcək qurğuların sayı il bağlı statistikanı gözləyirlər. Burada azalma, Brent neftini 62$-a kimi dəyər qazanmasına səbəb ola bilər.